Bazar, 21 İyul

Özbəkistanda bağça müəlliməsinin polisləri şoka salan hərəkəti - VİDEO

image

Özbəkistanın Buxara vilayətinin Gijduvan rayonunda özəl uşaq bağçasının müəllimi “Spark” markalı avtomobildə 25 uşağı aparıb.

Bu barədə vilayət yol hərəkəti təhlükəsizliyi idarəsi məlumat yayıb.

Uşaqlar avtomobilin arxa oturacaqlarında, ön oturacağında və yük yerində olublar. Qadın onların evlərinin çox yaxında olduğunu və bunu ilk dəfə etdiyini söyləyib.

Qadının yaşadığı məhəllədə yol polisi əməkdaşlarının və sakinlərin iştirakı ilə profilaktiki söhbət aparılıb.

Yol hərəkəti təhlükəsizliyi idarəsinin əməkdaşları valideynləri övladlarını bağçaya apara və evlərinə geri gətirə bilmədikləri üçün qınayıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15