Çərşənbə axşamı, 07 May

Xaçmazda körpü uçdu: xəsarət alanların adları...

image

Fövqəladə Hallar Nazirliyi Xaçmazda körpünün uçması ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

Hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralananlar hadisə baş verən vaxt körpünün üzərində hərəkət edən avtomobildə olan şəxslərdir.

Avtomobilin çay dərəsinə düşməsi nəticəsində 1966-cı il təvəllüdlü Əlisafa Abbas oğlu Heybətov, 1984-cü il təvəllüdlü Əfsun Əsgər oğlu Qarayev və 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb. Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58