Şənbə, 20 Aprel

Günel Hümbətova: “Amerikada yaşamaq səbəbim kiflənmiş cəmiyyətdən qaçmaqdır” – FOTO

image

Aftafa.tv xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Günel Hümbətova öz sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, bəzən qərarı özümüz verdik zənn edərik, əslində o qərar bizim qərar olmur. 23 yaşımda evlənmişəm bilirsiz. Mən ümumiyyətlə ailə quracaq son insan idim. 30-35 yaşıma kimi həyatımı karyerama və səyahətlərə həsr etməyi planlaşdırırdım amma anamın “ərə get, mən nənə olmaq istəyirəm” dırdırları qarşıma çıxan ilk mənə uyğun insanla evlənmək qərarı verib dərhal ana olmağıma səbəb oldu. Qızımı və yoldaşımı sevirəm, yaxşı ki həyatımdadırlar.

“Amma şüuraltı olaraq tez evlənmə qərarı verməyimin altında bu durur. Niyə Amerikada yaşamağı seçməyimin də kökündə nələrsə dayanır. Həmişə soruşanlara şüurlu şəkildə “təsadüdən belə alındı, yoldaşım burada yaşayırdı” deyirdim. Amma şüuraltımda kiflənmiş cəmiyyətdən qaçmaq dururdu.. Prosto bölüşmək istədim. Bəzən verdiyimiz qərarları özümüzün verdiyini zənn edirik əslində isə buna bizi şüuraltı nəsə vadar edir. Valideynlərin isə hər dediyi yaxşı məsləhət olmur. Bunu bilərək həyatınıza davam edin”, deyə Günel Hümbətova qeyd edib.

Aparıcı sonda “Bəs sizi manipulyasiya edir valideynlər?” deyə izləyicilərinə sual ünvanlayıb.

Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var. 

http://aftafa.tv/M0/1/2021/03/images/20210322_145730_1616410650_59236aa1e4.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20