Cümə, 03 May

Ermənistan daha təhlükəli oyunlara gedir – İLGİNC DETALLAR

image

Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişdikcə hərbi-siyasi proseslər fərqli məcrada inkişaf edir. Üzləşdiyi məğlubiyyəti qəbul etmək istəməyən Ermənistan müxtəlif planlar qurur və regionda Azərbaycanın diqtə etdiyi reallığı dəyişməyə cəhd edir.

Düşmən ölkənin qeyri-konstruktiv addımı isə müharibə riskini artırır. Havadarlarının ssenarisinə uyğun hərəkət edən Rəsmi İrəvan ən yaxın müttəfiqindən üz döndərməklə Cənubi Qafqaza yeni aktorları gətirmək üçün çalışır. Artıq ilkin addımlar da atılıb. Ötən ildən Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddə yerləşdirilib.

Üstəlik Ermənistana Qərb tərəfindən hərbi-siyasi dəstək verilir. Həmçinin düşmən ölkəni İran və Hindistan da silahlandırır. Bütün bunlar Rusiyanın gözü qarşısında baş verir və məqsəd Rusiyanı bölgədən çıxartmaqdır. Amma Rusiya tərəfi Cənubi Qafqazı asanlıqla tərk etməyəcəyini bildirib və Ermənistan rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib. Paşinyan isə müttəfiqinin narahatlığına məhəl qoymadan öz oyununu davam etdirir.

Artıq üç gündür ki, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirir və  Rusiyanı qıcıqlandırır. Ermənistanın bu addımı düşmən ölkədə də birmənalı qarşılanmır.

Xəbər verilir ki, erməni siyasi ekspert Artur Xaçikyan bildirib ki, bunlar hələ də xarici siyasətdə nəyisə dəyişmək istəyinin əlamətləridir. “Bununla belə, yəqin ki, hələlik real dəyişikliklər yoxdur. Bunu Ermənistanın xarici siyasətində dönüş nöqtəsi hesab etmək olmaz. Hesab edirəm ki, bu, daha çox Rusiyaya təzyiq göstərmək cəhdidir. Bununla rəsmi İrəvan daha əlverişli mövqe tutmağa çalışır. Problem ondadır ki, biz xarici siyasət kursunu dəyişdirib kimlərəsə diqtə edəcəyimizi düşünürük.

Ermənistanda ekspertlər, siyasətçilər fərqli mövqelərdə dayanıblar. Bəziləri qərbpərəst, bəziləri rusiyapərəst mövqe nümayiş etdirir”.

Daha sonra Azərbaycan və Türkiyənin regiondakı roluna toxunan Xaçikyan bildirib ki, Azərbaycan regionda daha önəmli fiqurdur.

“Həm Rusiya, həm də Qərb üçün Türkiyə və Azərbaycan Ermənistandan daha önəmlidir. Bizə görə nə Qərb, nə də Rusiya Türkiyə və Azərbaycanla mübahisə etmək istəmir. Rusiya yeni müharibədən qaçır. Rusiyalı ekspertlər xorla deyirlər ki, Rusiya indi Türkiyə və Azərbaycanla döyüşə bilməz. Obyektivlik anlayışı ilə bağlı problemimiz var. Rusiya və Qərblə necə münasibət qurmağımızdan asılı olmayaraq, nəzərə alınmalı obyektiv reallıqlar mövcuddur. Eyni şey Qərb üçün də keçərlidir. Avropa Ermənistanı qorumaq üçün sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün ABŞ Bakı və Ankara ilə mübahisə etmir, bu ölkələrdə maraqlarının olduğunu deyir. Yəni xarici siyasət obyektiv təhlildən, hesablamadan başlamalıdır. Bizdə isə  fərqlidir. Belə bir şəraitdə Azərbaycan biləndə ki, Rusiya və Qərb böyük ehtimalla vəziyyətə qarışmayacaq, Bakıda bir üstünlük hissi yaranır.

Azərbaycanın psixoloji təzyiq göstərməklə Ermənistanı növbəti güzəştlərə məcbur etmək, ya da güc tətbiq etmək imkanı var. Təəssüf ki, xarici mənbələr hətta genişmiqyaslı hücumun mümkünlüyündən də danışırlar”.

Erməni siyasi ekspert daha sonra regionda İran faktoruna toxunub. Bildirib ki, İranın münaqişəyə müdaxiləsi onlar üçün ağır nəticələrə səbəb ola bilər:

“Əgər İran və Qərblə müvafiq olaraq diplomatik iş aparılsaydı və Qərb müəyyən mənada başa düşsəydi ki, İrəvanın indi Tehranla işləməyə ehtiyacı var, o zaman hərbi yardım alına bilərdi. Təəssüf ki, indi vəziyyət biz düşündüyümüz kimi deyil. Əgər İran münaqişəyə müdaxilə etməyə çalışarsa, şübhəsiz ki, bu, İsrail, ABŞ, Türkiyə, Böyük Britaniya və Azərbaycanın İrana hansısa formada cavab verməsi üçün böyük fürsət olacaq.  İrana qarşı çox güclü koalisiya yaradılacaq. Ona görə də İranın birbaşa hərbi müdaxiləsi ehtimalını hələ də görmürəm.

Bundan əlavə, Ermənistan vəziyyəti sakitləşdirmək kursu seçdiyi üçün hər vasitə ilə sülh gündəmini təbliğ edir. Bu isə kənar oyunçulardan kömək almağı mümkünsüz edir. Əvvəla, biz daim vektoru dəyişirik, ziddiyyətli bəyanatlar veririk. Bizim nə barədə düşündüyümüzü müəyyən edə bilmirlər.  İkincisi, bizim hərbi potensialımız belə münaqişəyə tab gətirmək üçün zəifdir. Bu baxımdan xarici yardımlar çətinləşir.  Siyasətimiz bizə kömək etməyi çox çətinləşdirir. Bu, özü üzmək istəyəni sudan çıxarmaqla, daşla suyun dibinə gedəni və artıq müqavimət göstərməyən adamı xilas etməklə müqayisə edilə bilər. Bunlar tamamilə fərqli şeydir. Xarici siyasətimizdə daim qeyri-müəyyənlik olduğu üçün nə Moskva, nə də Tehran bizə etibar etmir. Onlar bizim qərbyönlü meyllərimizi görür, üstəlik bu meyllər bizə heç nə vermir. Onlara kömək etmək çox çətindir, sadəcə olaraq bizim əvəzimizə müharibə aparmalıdırlar. Həm bütün Qərb koalisiyası ilə İran, həm də Rusiya üçün bunu etmək çox çətindir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15