Cümə, 03 May

“WhatsApp” kanallarını işə saldı - FOTO

image

“WhatsApp” messencerində kanal funksiyası istifadəyə verilib.

Bu barədə şirkət çərşənbə günü, sentyabrın 13-də rəsmi bloqunda məlumat yayıb.

“Biz 150-dən çox ölkədə kanallar funksiyasını işə salırıq ki, istifadəçilərimiz onlar üçün maraqlı olan yenilikləri özəl olaraq ala bilsinlər”, - yazıda deyilir.

Bildirilir ki, əvvəlcə kanallar yalnız on ölkədə mövcud olub. Qlobal təqdimatın bir hissəsi olaraq, funksiya yeni parametrlər əldə edib. Yeniliklər arasında kanalların təkmilləşdirilmiş kataloqu, reaksiyalar təyin etmək və çatlara, yaxud qruplara yeniləmələr göndərmək imkanı var.

“Tezliklə adminlər dərc edildikdən sonra 30 gün ərzində yeniləmələri redaktə edə biləcəklər. Bu müddətdən sonra yeniləmələr avtomatik olaraq serverlərimizdən silinir”, - şirkət əlavə edib.

“WhatsApp” həmçinin əmin edib ki, kanal yaratmaq imkanı yaxın aylarda hər bir istifadəçi üçün əlçatan olacaq.//oxu.az

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15