Şənbə, 04 May

2023-cü ildə trend olan müğənnilər - SİYAHI

image

Dünyanın ən yaxşı musiqiçilərinin sıraları daim dəyişir. Təbii ki, bu yeri daimi qoruyub saxlayan məşhurlar da olur. Sənətçilər zaman keçdikcə yeni pərəstişkarlar qazana və ya itirə bilərlər. Onlar yeni gələnlərlə əvəzlənə, bəziləri isə öz zirvəsində hökmranlıq etməyə davam edə bilərlər.

Araşdırma apararaq sizlərə son vaxtların ən məşhur müğənnilərinin siyahısını təqdim edir.

Siyahıda yer alan müğənnilərdən biridə dünyaca məşhur Billie Eilish və Dua Lipadır. Onlar gənc yaşlarında olmağına baxmayaraq böyük uğurlara imza atıblar. 

Ariana Qrande də bu məşhurların siyahısında yer alır. 15 yaşında sənətə gələrək indiyə qədərdə öz yerini qoruyub saxlamağı bacarıb. 

Bu siyahıya hər zaman adından söz etdirən Castin Biber də daxildir. O, 150 milyondan çox albom satan və dünyanın ən çox satış edən musiqi sənətçilərindən biridir. Eyni zamanda, “ən çox nifrət edilən” bir insan olaraq da tanınır. Səbəbi isə siyahıda adı gedəcək qadın məşhurlardan olan Selena Qomezlə olan hekayəsi, davranışları və narkotik maddədən istifadə etməsidir. 

Azərbaycan üzrə trend olan sənətçilərimizə gəlsək, siyahıda yer alan yerli müğənnilərimizdən ən öndə Aygün Kazımova gəlir.

Adı gedən məşhur müğənnilər siyahısında heç zaman zirvədən enməyənlərdən biri də Röya Ayxandı. O, sonuncu “Biri var” adlı konserti ilə yenidən gündəmi zəbt etməyi bacarıb.

Tərtib etdiyimiz siyahıda qardaş ölkə Türkiyənin məşhurlarının da adı var. Bu siyahının  parlayan ulduzlarından biri Hadisedir. O, hər zaman yeni mahnıları və səhnə şouları ilə gündəmə gəlir. Onun bir müddət əvvəl Bakıda yerləşən “ Dalğa beach” aquapark resortda olan konserti çox səs-küyə səbəb oldu. Hadise hər zaman olduğu kimi bu dəfə də səhnə performansı ilə heyran edib.

Sözü gedən siyahıda İrem Derici də yer alır. Müğənni həm səhnə, həm də özəl həyatı ilə tez-tez göz önündədir. Yaxın zamanlarda da sevgilisindən ayrılma xəbəri ilə gündəmə gəlib.

Sonuncu yerdə isə həzin musiqili sevgi mahnıları ilə Cem Adrian yer alır. Mahnılarıyla zirvədə qalmağı bacaran məşhurlardan biridə odur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15