Bazar, 05 May

Azərbaycana gələn turistlərin sayı açıqlandı

image

“2023-cü ilin yanvar–avqust ayında Azərbaycana 1.344 mindən çox əcnəbi qonaq səfər edib ki, bu da postpandemiya dövründə ölkə turizminin sürətlə bərpa olunduğunu deməyə əsas verir”. 

Xəbər verilir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına dair konfransında çıxışı zamanı bildirib. 

Fuad Nağıyev ölkəyə gələn turistlərin sayında, coğrafiyasında və turist xərcləmələrində artıma nail olmaq üçün Dövlət Turizm Agentliyinin 2026-cı ilə qədər Azərbaycana səfər edən əcnəbilərin sayının 4 milyon nəfərə çatdırmağı, eləcə də  növbəti 4 il ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumi daxili məhsul istehsalının 2019-cu illə müqayisədə hər il 1.5 dəfə artımağı hədəflədiklərini diqqətə çatdırıb. Agentlik sədri, həmçinin ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayının 6 milyon nəfərə, 2026-cı ildə ümumi turist xərcləmələrinin miqdarını isə 10 milyard manata çatdırmaq niyyətində olduqlarını qeyd edib.
Ətraflı

Dünyada cərəyan edən iqtisadi-siyasi problemlərə baxmayaraq, qlobal turizmin inkişafı fonunda ölkə turizminin də  əhəmiyyətli dərəcədə bərpa edildiyini qeyd edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov son zamanlar bir sıra ölkələrin Azərbaycanı turizm destinasiyası olaraq seçmələrini ölkə turizminin inkişafı baxımından böyük uğur olduğunu bildirib.

Hazırda Assosiasiyanın ölkənin turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayan 130-dan çox üzvünün olduğunu qeyd edən Göydəniz Qəhrəmanov ictimai qurumun ölkə turizminin bərpası və inkişafı, eləcə də ölkəyə turist axınının artırılması və xarici ölkələrdə təşviqi istiamətində aktiv fəaliyyət göstərdiyini bildirib.

Tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxləri, eləcə də turizm sənayesinin nümayəndələri iştirak ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15