Cümə axşamı, 02 May

Rusiyanın Xankəndiyə göndərdiyi yardımın - Siyahısı

image

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndiyə çatıb.

Məlumata görə, hazırda yardım Xankəndidə əhaliyə paylanır.

Rusiya BQXC-nin rəhbəri Pavel Savçukun sözlərinə görə, yardıma 1000 ərzaq dəsti daxildir ki, bunların da içərisində yarma, un, ət konservi və digər məhsullar daxildir. Eyni zamanda, yardımda yataq və uşaqlar üçün nəzərdə tutulan dəstlər də mövcuddur.

Ermənistan KİV-i ümumilikdə yardıma daxil olan məhsulların siyahısını dərc edib:

Ərzaq dəstləri - 1000 dəst

Bir dəstə daxildir:

- Günəbaxan yağı 0.9 l - 1 ədəd

- Şəkər tozu 1 kq - 1 ədəd

- Buğda unu 2 kq - 1 ədəd

- Makaron 500 qr - 3 ədəd

- Qarabaşaq yarması 1 kq - 1 ədəd

- Buğda 1 kq - 1 ədəd

- Manna yarması 1 kq - 1 ədəd

- Yulaf 0,5 kq - 1 ədəd

- Ət konservi 0,5 kq - 5 ədəd

Bir dəstin ümumi çəkisi 11,4 kiloqram təşkil edir. 

Yataq dəsti - 270 dəst

Bir dəstə daxildir:

- Yataq dəsti - 1 ədəd

- Yastıq - 1 ədəd

- Adyal - 1 ədəd

Gigiyenik dəst - 200 dəst

Bir dəstə daxildir:

- Diş fırçası - 3 ədəd

- Sabun - 10 ədəd

- Termometr - 1 ədəd

Uşaq dəstləri - 192 dəst

Bir dəstə daxildir:

- Uşaq üçün kisel - 1 ədəd

- Vitamin pastilləri - 3 ədəd

- Diş fırçası - 1 ədəd

- Uşaq üçün püre - 1 səbət (8 ədəd)

- Uşaq üçün balıq yağı (kapsullar) - 1 ədəd

- Uşaq pudrası - 1 ədəd

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15