Cümə axşamı, 02 May

ADY-nin ödəmə terminalında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

image

"Azərbaycan Dəmir Yolları" QSC ödəmə terminalında yaranan problemlə bağlı açıqlama yayıb.

ADY-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib ki, 2023063947 saylı ADY gediş kartının səyahətləri və balans yükəmələri üzrə araşdırma aparılıb:

"Aydın olub ki, sərnişinin öz səhfindən səhf yükləmə baş verib. Belə ki, Novxanı dayanacğında sərnişin turnuketdən çıxış etdikdən sonra balansını artrmaq məqsədi ilə köşkə yaxınlaşıb, sərnişin diqqətsizlik edərək köşkdə əsk olunan kart nömrəsinə baxmayaraq özündən əvvəl köşkdə balans yoxlayan sərnişinin kartına vəsait yükləyib.

Sərnişin özü şəxsən dayanacaq üzrə nəzarətçiyə məlumat verib. Nəzarətçi sərnişindən məlumatları alaraq sərnişinə bildirilib ki, araşdırmadan sonra vəsait sizin kartınıza geri qaytarılacaq. Nəticə olaraq qeyd edim ki, 5 AZN vəsait 2023063947 saylı karta geri qaytarılıb".

Sərnişinlərdən xahiş olunur ki, oxşar problem və hallarla üzləşdikdə 1822 "qaynar xətti"nə zəng edə, ADY-nin Əlaqə Mərkəzinə və sosial media hesabına müraciət edə bilərlər.

***09:58

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ödəmə terminalında problem yaranıb.

Elektrik qatarından gündəlik istifadə edən vətəndaşlardan biri dünən saat 19:19 radələrində ADY-ə məxsus ödəniş terminalından öz kartına 5 AZN vəsait köçürüb.

Terminalda ödənişin qəbul olunduğu və pulun hesaba köçdüyü göstərilsə də bir dəqiqə sonra əksi müşahidə edilib.

Belə ki, vətəndaş kartını ödəmə terminalına yaxınlaşdırdıqda hesaba heç bir vəsaitin köçmədiyi məlum olub.

Qeyd edək ki, məlum hadisə ötən gün Novxanı stansiyasında qeydə alınıb. Vətəndaş yaranmış problemlə bağlı stansiyanın məsul şəxsinə müraciət etsə də problem həll olmayıb.

Üstəlik ona deyilib ki, belə hallar tez-tez baş verir. Bildirilib ki, ödəmə terminalı sərnişindən əvvəlki şəxsin kartının şifrəsini yadda saxlayıb. Sərnişin kartı terminala yerləşdirdikdə qurğu yeni kartın deyil ondan əvvəlki kartın məlumatlarını yadda saxlayıb. Bununla da sərnişinin terminala ödədiyi 5 manat öz kartına deyil əvvəlki sərnişinin kartına köçüb. Problemin aradan qaldırılacağı və pulun balansa oturulacağı bildirilsə də məsələ hələ də həllini tapmayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15