Çərşənbə axşamı, 07 May

“Telegram”da fişinq hücumlarının sayı artıb

image

“Telegram”da fişinq (phishing) hücumlarının sayı artıb.

Xəbər verilir ki, “Angara Security” adlı şirkətin vermiş olduğu məlumata əsasən bu ilin birinci yarısında ‘Telegram”da hücumların sayı 5000-ə çatıb.

2023-cü ilin əvvəlində başlamış bu ciddi artım messencerin milyonlarla istifadəçisini təhlükə altına atır.

Bildirilir ki, keçən ilin yaz fəsli ilə müqayisədə, bu ilin yay aylarında “Telegram”la bağlı saxta saytların sayı 10% çoxalıb.

Qeyd edək ki, “Telegram” qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət ucdan-uca şifrələnmiş söhbətlər və videozənglər, "VoIP", fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir.

O, “İOS” üçün 14 avqust 2013-cü ildə, “Android” üçün 2013-cü ilin oktyabrında istifadəyə verilib. “Telegram” serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılıb. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58