Cümə axşamı, 02 May

İşə gəlmədən 16 şirkətdən maaş alıb, milyonçu oldu

image

Çində bir qadının dələduzluğu dünya mediasının gündəmində olub.

Xəbər verilir ki, Guan Yue üç il ərzində 16 fərqli şirkətlə “əməkdaşlıq edib”. Belə ki, o, illüziyaları ilə rəhbərliyi aldadıb və bu illər ərzində yüksək maaş alıb.

Məlumata görə, qadın işlədiyi şirkətlərdəki vəzifələrini yerinə yetirmək əvəzinə, müştərilərlə görüşdüyünü iddia etdiyi fotoşəkilləri müdiriyyətə göndərib. Beləliklə, o, 50 milyon yuan (təxminən 11 milyon 570 min manat) qazanıb villa almağı bacarıb.

Rəhbərlərdən biri Yuenin bütün qrupunu işdən çıxarıb. Buna səbəb isə həmin qrupun effektiv fəaliyyət göstərməməsi olub. Sonradan sənədlər üzərində işləyərkən qadının fırıldağı aşkar edilib.

Çin polisinin məlumatına görə, Çində ən azı 700-800 dələduz oxşar sxem üzrə işləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15