Cümə axşamı, 02 May

Prokurorluq binasında intihar edən Turalə ilə bağlı yeni xəbər var

image

Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın intiharı ilə bağlı başladılmış cinayət işinin araşdırması davam edir.

Xəbər verilir ki, bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, həmin cinayət işi üzrə dindirilmələr keçirilib: “İstintaq zamanı ayrı-ayrı şəxslərin külli miqdarda dələduzluq faktları ortaya çıxıb. Həmin dələduzluq faktları da ayrıca icraatda araşdırılır. Çoxsaylı dindirilmələr keçirilib, bank məlumatları götürülüb. Hələlik yekun qərar yoxdur”.

Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Xeyli müddət DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15