Şahruddin Məhəmmədəliyev “QARABAĞ”DAN GETDİ
Şahruddin Məhəmmədəliyev “QARABAĞ”DAN GETDİ
Azərbaycan milli komandasının və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə davam etdirəcək.
Məlumat verilir ki, 29 yaşlı qapıçı “Adana Dəmirspor”la anlaşıb.
O, bu kluba azad agent kimi yollanıb. Türkiyə təmsilçisi Ağdam klubunun futbolçusu ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ilin yanvarından “Qarabağ”da oynayırdı. O, Ağdam klubunun heyətində 131 oyuna çıxıb və 92 qol buraxıb.
Azadsoz.com