Çərşənbə axşamı, 14 May

Bu ölkədə ictimai yerlərdə üzü gizlədən geyimlər qadağan edildi

image

Özbəkistan Ali Məclisinin qanunvericilik (aşağı) palatası ictimai yerlərdə üzü gizlədən və şəxsin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən düzəlişləri qəbul edib.

Xəbər verilir ki, qadağanın pozulması intizam tənbehi ilə nəticələnəcək. 

Qadağa tibbi diaqnoz və ya reseptə görə üzü gizlədən, eləcə də əmək və rəsmi fəaliyyətlə bağlı geyimlərə daxil deyil.

Dəyişiklik Özbəkistanda ictimai asayişin qorunması üzrə tədbirlərin səmərəliliyini artırmaq, o cümlədən “Təhlükəsiz şəhər” sisteminin informasiya proqramlarının işinin təkmilləşdirilməsi məqsədilə qəbul edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00