Şənbə, 04 May

Yazdığı tvitə görə EDAM EDİLƏCƏK

image

Səudiyyə Ərəbistanı məhkəməsi 54 yaşlı təqaüdçü müəllim Məhəmməd əl-Qəmdini tvitlərinə görə ölüm cəzasına məhkum edib.

Xəbər verilir ki, hökm 2023-cü il iyulun 10-da çıxarılıb.

Məlumata görə, Əl-Qəmdi hökm çıxarılana qədər bir il həbsdə olub. O, 2022-ci il iyunun 11-də Məkkədə saxlanılıb, təkadamlıq kameraya salınıb, daim sorğu-sual edilib və ona vəkilin xidmətlərindən istifadə etmək imkanı verməyib.

Məhkəmə keçmiş müəllimi bir sıra maddələr, o cümlədən kralı və vəliəhdi təhqir etməkdə təqsirli bilib. Ölüm hökmü Əl-Qəmdinin tvitləri, retvitləri və “Youtube”dakı hərəkətləri əsasında çıxarılıb.

Qeyd olunub ki,  “X” sosial şəbəkəsində (“Twitter”)  keçmiş müəllimin cəmi 8 abunəçisi var və o, əsasən retvitlər dərc edib, özü nəsə yazmayıb.

Məhəmməd əl-Qəmdinin qardaşı Səid bin Nasser əl-Qəmdi Böyük Britaniyada mühacirətdə yaşayan müxalifət lideridir. O hesab edir ki, qardaşının cinayət məsuliyyətinə cəlb edilməsi, ilk növbədə, onun qohumu olması ilə bağlıdır.

“Human Rights Watch” təşkilatı qeyd edir ki, Səudiyyə hakimiyyəti son illər xaricdə yaşayan müxalifətçilərin ailə üzvlərini daha çox təqib edir, onları ölkəyə qayıtmağa məcbur etməyə çalışır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15