Çərşənbə axşamı, 14 May

Yeni ölümcül virus Avropanı təhdid edir

image

Havanın yüksək temperaturu Avropanı ölümlə nəticələnə bilən təhlükəli Krım-Konqo hemorragik qızdırmasını törədən virusları (KKKA) daşıyan gənələr üçün ideal yaşam şəraiti yaradır.

Balkanlarda, Afrikada, Asiyada və Yaxın Şərqdə rast gəlinən ölümcül gənə xəstəliyi tezliklə bütün Avropaya yayıla bilər.

Xəbər verilir ki, alimlər belə bir proqnozu iqlim dəyişikliyinin həşəratları qitə boyu hərəkət etməyə məcbur etməsi ilə izah edirlər.

Mütəxəssislər Krım-Konqo hemorragik qızdırması və ya KKKA xəstəliyinin mümkün alovlanması ilə bağlı həyəcan təbili çalır. ÜST onu pandemiyaya səbəb ola biləcək 9 “prioritet patogenlər” siyahısına daxil edib. Bu siyahıya, təşkilatın fikrincə, əhalinin sağlamlığı üçün ən böyük təhlükə yaradan xəstəliklər daxildir.

Alimlərin xəbərdarlıqları hipotetik gələcəyə yox, artıq Avropada baş verənlərə istinad edir: bu ölümcül xəstəlik hadisəsi ötən il İspaniyada qeydə alınıb.

Əslində, KKKA infeksiyasının ilk halları 2011-ci ildə qeydə alınıb. 2016-cı ildə İspaniyada bu diaqnozu olan bir kişi gənə dişlədikdən sonra ölüb.

İsveçdəki Karolinska İnstitutunun virusoloqu Əli Mirasimi aprel ayında verdiyi müsahibədə virusu daşıyan gənələrin "yayların uzanması və quruması ilə əlaqədar olaraq iqlim dəyişikliyi səbəbindən Avropada hərəkət etdiyini" söyləyib.

Bu yaxınlarda İraq və Namibiyada Krım-Konqo hemorragik qızdırması virusu aşkarlanıb, Pakistanda isə iki nəfər ondan dünyasını dəyişib. Keçən il İraqda CCHF epidemiyası baş verdub, 1 yanvar və 22 may tarixləri arasında 212 hadisə qeydə alınıb. Bu il onlardan 100-ə yaxını artıq qeydə alınıb, 13-ü ölümlə nəticələnib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00