Cümə, 03 May

“Roza Zərgərli, yanınızdakı insanın ağzına nə isə taxın!” - Qalmaqal

image

Stilist Anar Ağakişiyevlə bir çox məşhur simalarla çalışan menecer Vüqar Hüsiyev arasında qalmaqal yaşanıb.

Xəbər verilir ki, A.Ağakişiyev sosial şəbəkə hesabından menecerə ultimatum göndərib və onu hədələyib:

"Bu həftə içərisində bəlkə də 10 nəfərdən eşitmişəm, demisən ki, guya mən səndən üzr istəmişəm. Ay yazıq, ay "moşennik", mən səndən üzr istəməmişəm, istəmək fikrim də yoxdur. Heç o biri dünyada da səndən üzr istəmərəm. Sən yalançı, fırıldaqçısan. 

Bu Vüqar nə qədər adama "atıb" və buna davam edir. Vaxtilə mənim notbukumu oğurladı, polis vasitəsilə tapdım və söhbət bağlandı. İndi də qulağıma çatır ki, orda-burda mənim ondan üzr istədiyimi deyir. Pərdəarxası nə qədər şey bilirəm, bilirsiniz nə qədər adama pul atıb? Və həmin şəxslər susurlar. Yığışın, ərizənizi yazın, pulunuzu alın".

Anar menecerin hazırda müğənni Roza Zərgərli ilə çalışdığını bildirib və müğənniyə xəbərdarlıq edib:

"Hazırda Vüqar Roza Zərgərlinin yanındadır. Roza Zərgərli, yanınızdakı insanın ağzına nə isə taxın, danışmasın, mənim adımı çəkməsin! Son bir həftədir ki, qulağıma çox pis şeylər gəlir, mənim haqqımda danışır. Əgər siz onun "moşennik"liyini qəbul edirsinizsə, edin, özünüz bilərsiniz, amma yanınızdakı məxluqu yığışdırın, yoxsa pis olacaq!

Bütün Azərbaycan bilir ki, mən heç vaxt boş-boşuna coşmuram. Taxta qapımı döyməsələr, dəmir qapınızı vurmaram. Roza xanım, bir də o adam mənim adımı çəksə, şəxsən sizinlə də münasibətim korlanacaq, bunu bilin! Xəbərdarlıq edirəm".

Qeyd edək ki, Vüqar Hüsiyev gənc müğənni Hissin meneceri olub.

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15