Bazar ertəsi, 06 May

Cəbrayılda partlayış: xəsarət alan var

image

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.

Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Həbib Teymur oğlu Qasımov xəsarət alıb.

Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58