Cümə, 03 May

Baydenlə Zelenskinin telefon danışığı oldu

image

ABŞ prezidenti Co Baydenlə ukraynalı həmkarı Volodimir Zelenskinin telefon danışığı olub.

Xəbər verilir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Bildirilir ki, telefon danışığı zamanı F-16 qırıcı-bombardmançılarının Kiyevə təhvil verilməsi və Ukrayna Silahlı Qüvvələrinin pilotlarına təlim keçirilməsi məsələləri müzakirə edilib.  

“Prezidentlər Bayden və Zelenski ukraynalı qırıcı pilotlar üçün təlimlərə başlamaq və Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün təlimlər başa çatdıqdan sonra digər dövlətlərə öz F-16-larını mümkün qədər tez Ukraynaya təhvil vermələrini müzakirə ediblər”, - deyə sənəddə deyilir. 

Qeyd olunur ki, Bayden ABŞ-nin Ukraynanın müdafiəsini dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib və Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15