Cümə, 03 May

Rusiya Odessadakı taxıl anbarlarına hücum edib

image

Rusiyanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə etdiyi hücumda taxıl anbarlarına ziyan dəyib.

Xəbər verilir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından məlumat yayıb.

Rusiya ordusunun hədəfinin bölgədəki mülki infrastruktur olduğunu ifadə edən Kiper, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 9 “Şahed” tipli PUA-nı məhv etdiyini qeyd edib.

“Təəssüf ki, taxıl anbarındakı istehsal və yükləmə obyektlərinə ziyan dəyib, 700 kvadratmetr sahədə yanğın baş verib. Yanğın səhər saatlarından etibarən nəzarət altına alınıb. Taxıl anbarlarına da ziyan dəyib”,-deyə o bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15