Şənbə, 20 Aprel

Alman ekspert: Azərbaycanlı miqrantlar “cəsusluğa” cəlb edilir !

image

Almaniya qaçqın statusu üçün Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu Avropa ölkələri sırasında birinci yerdədir. Lakin bu ölkədə azərbaycanlı miqrantlara qarşı münasibət heç də birmənalı deyil. Müxtəlif bəhanələrlə azərbaycanlı miqrantların iş icazələri ləğv olunur və onlar Almaniyadan deportasiya olunur. 

Ən son Almaniyadan 2021-ci ilin mart ayında 31, aprelin 28-də isə 52 azərbaycanlı miqrant deportasiya olunub. Azərbaycanlı miqrantların deportasiyasının əsas səbəbi kimi isə sənədlərindəki uyğunsuzluqların olduğu qeyd olunur.

Qeyd edək ki, daha əvvəl də 2019-cu ilin noyabrında Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını həbs edib və daha sonra 61 azərbaycanlı ölkədən deportasiya olunub. 

2021-ci ilin mart ayında əslində, 33 azərbaycanlı vətəninə qaytarılmalıydı. Amma 2 nəfər necəsə prosesdən yayınmağı bacarıb. Belə ki, artıq dörd ildir Almaniyada yaşayan, amma imtiyazlardan imtina edərək əmək fəaliyyəti ilə məşğul olan Rahid Məmmədova güzəşt edilib. Buna səbəb kimi Rahid Məmmədovun indiyə qədər qanun pozuntusuna yol verməməsi olub.

Azərbaycana qaytarılmaqdan yayınan ikinci şəxs barəsində isə geniş məlumat verilməyib. Məlumatlara əsasən bu azərbaycanlı Avropada əvvəlcə Polşaya gedib, daha sonra isə Almaniyaya üz tutub. Azərbaycan vətəndaşı orada qanunsuz əmək fəaliyyəti ilə məşğul olurmuş. Amma son anda Avropa dövlətindən siyasi sığınacaq istəməsi prosesi yubadıb. Bu ikinci şəxsin nə üçün deportasiya olunmadığı isə müəmmalı olaraq qalır.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin eksperti azərbaycanlı miqrantlarla bağlı oxşar ssenarilərin daha çox olduğunu qeyd edir. Joaxim Ritter-in açıqlamasına görə, Azərbaycana deportasiya olunmaq istəməyən miqrantlar çox fərqli üsullara əl atırlar.  Bu üsullar arasında intihar üstünlük təşkil etsə də, bir sıra şübhəli təşkilatlarla əməkdaşlığa razı olan şəxslərin də olduğu məlumdur.

Ritter, şübhəli şəxslər və qurumlar tərəfindən deportasiya olunmaq riski daşıyan miqrantlara müxtəlif iş təkliflərinin aparıldığını qeyd edir. Əsasən bu cür təkliflər dələduzluq fəaliyyətləri olur və miqrantın maddi vəsaitini ələ keçirməyə hesablanır. Geriyə Azərbaycana qaytarılmaq istəməyən bu şəxslər təklif olunan işləri dərhal qəbul edirlər. Çox vaxt bu cür şəxslər Azərbaycanda hər hansı qanunsuz fəaliyyət icra etmiş və axtarışda olan şəxslər olur, deyə Ritter bildirir.

Məsələni Azərbaycan üçün təhlükəli edən digər bir məqam isə miqrantların xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsi ilə bağlıdır. Belə ki, çıxılmaz vəziyyətdə qalan bəzi miqrantlara Almaniyada yaşamaq hüquq təmin etmək adı altında Azərbaycan əleyhinə fəaliyyətlərə cəlb edildiyi də verilən məlumatlar arasında yer alır.

Almaniyada azərbaycanlı miqrantlara qarşı bu cür münasibət bir sıra təhlükəli məqamlardan xəbər verir. Almaniyaya üz tutan Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə qaçqın statusu və yaşamaq icazəsi almağa çalışır. Onlar buna nail olmaq üçün Azərbaycanda təzyiqlərə məruz qaldıqlarını, hüquqlarının pozulduğunu qeyd edir, hətta müxtəlif qeyri-qanuni fəaliyyətlərə belə razılıq verirlər. 

Nəticədə, bu cür şəxslərdən xaricdə təkcə Azərbaycan əleyhinə kampaniyalarda yox, həm də digər cinayətkar fəaliyyətlərdə istifadə olunmasına imkan yaranmış olur. Müxtəlif maraq qrupları tərəfindən əməkdaşlığa cəlb edilmiş bu cür şəxslər hər hansı Avropa şəhərində cinayət törətmək, o cümlədən terror fəaliyyəti icra etmək potensialına da malikdir. Bu cür fəaliyyətlər dövlətlərarası münasibətlərə kəskin zərər vuracağı kimi, azərbaycanlılara qarşı avropada mənfi obrazın yaranmasına da səbəb ola bilər.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20