Cümə axşamı, 02 May

Azərbaycanda 16 yaşlı qızı zorlayanlardan biri həbs edildi

image

“Artıq bir nəfər həbs olunub və zəruri istintaq araşdırmaları davam etdirilir”. 

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O əlavə edib ki, hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalara başlanılıb: "Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları psixoloqla birlikdə yeniyetmə qız və anası ilə görüş keçirəcəklər”.

Xatırladaq ki, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 16 yaşlı qız zorlanıb. Məlumata görə, 2007-ci təvəllüdlü qız bir il ərzində davamlı olaraq yeddi nəfər tərəfindən zorlandığı məlum olub. 

Belə ki, 2004-cü il təvəllüdlü Bibiqulu Xosrov oğlu Abbasov qızın 15 yaşı olan zaman onunla tanış olub və zorlayıb.

Daha sonra dostları ilə birlikdə qızı hər şeyi atasına deməklə şantaj edib və davamlı zorlayıblar.
Oğlan hazırda hərbi xidmətdədir. O, məzuniyyətə gələn zaman qızı yenidən zorlamaq istəyəndə valideynləri məsələdən xəbər tutublar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qeyd edilən hadisə ilə bağlı zərərçəkən tərəf artıq polisə məlumat verib.

Artıq hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15