Cümə axşamı, 02 May

Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

image

"Sahil" stansiyasında "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətirinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib.

“Vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvaviq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb. "28 May" stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandığından, "Gənclik" stansiyasından başlayaraq, qatar sərnişinlərlə yoluna davam edib”, - deyə qurum rəsmisi bildirib.

***22:49

"Bakı Metropoliteni" QSC-nin qatarında nasazlıq yaranıb.

Xəbər verilir ki, hadisə metronun "Sahil" stansiyasında qeydə alınıb.

Belə ki, "İçərişəhər" metrostansiyasından çıxan qatar "Sahil" stansiyasında boşaldılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15