Şənbə, 04 May

Hindistanda 55 saat yağış yağdı: 50 nəfər öldü

image

Bu il Himaçal-Pradeş güclü yağışlar səbəbindən geniş dağıntıların şahidi olub.

Xəbər verilir ki, Hindistanın Himalay dağlarını sürüşməyə səbəb olan leysan yağışları bürüyüb.

Məlumata görə, hazırda təbii fəlakət nəticəsində ölənlərin sayı 50 nəfərə yaxındır. Onların arasında hindu məbədinin uçması zamanı ölən bir neçə nəfər də var.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin sayı arta bilər. Çünki 20-dən çox adamdan hələ ki, xəbər yoxdur. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Hadisə ilə əlaqədar Hindistanın avqustun 15-də qeyd etdiyi “Müstəqillik Günü” münasibətilə bütün mədəni tədbirlərin ləğvi barədə qərar qəbul edilib. Sakinlərə evdə qalmaq və sürüşmə baş verə biləcək yerlərə getməmək barədə çağırış edilib.

Təsirə məruz qalan ərazilərdə yağışın təxminən 55 saat davam etdiyi bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15