Cümə axşamı, 02 May

7 yaşlı uşağı öldürən idmançının ittihamı ağırlaşdırıldı

image

Sumqayıtda idman zalında 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan idmançı Mehman Xəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Xəbər verilir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

İstintaq dövründə M.Xəlilovun ittihamı ağırlaşdırılıb. 

Belə qənaətə gəlinib ki, təqsirləndirilən şəxs zərəçəkmişi xüsusi amansızlıqla öldürüb.

Ona qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. İdmançı bu maddələrlə təqsirli bilinərsə 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb.

Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

Mehman Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Məsələ ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib, verilmiş ittihamın yüngül olduğu bildirilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15