Bazar, 05 May

Kirayə pulunu verə bilməyən ailə parkda yaşayır - Video

image

Türkiyədə bir ailə kirayə pulunu verə bilmədiyi üçün parkda yaşamağa məcbur olub. 

Xəbər verilir ki, təxminən 2 ildir kirayədə yaşayan və 1500 lirəyə kirayədə qalan iki uşaqlı ailə yeni ev sahibinin 7 min lirəlik kirayə təklifini qəbul etməyib. 

Ailə bu qədər pulu verə bilmədiyini bildirsə də ev sahibi bununla razılaşmayıb.

Həmin ailə iyul ayında 4 yaşlı qızları və 2 yaşlı oğlu ilə birlikdə evdən qovulub.

Bir aydır büdcəsinə uyğun ev tapa bilməyən Tıraş ailəsi son 10 gündür ki, şəhid baş leytenant Yunus Kəskin parkında ədyalın üstündə yaşayırlar.

Qadın uşaqlara baxmaq məcburiyyətində olduğu üçün işləyə bilmədiyini deyib:

“Həyat yoldaşım gündəlik işlərdə işlədiyi üçün sabit bir qazancımız yoxdur. Elə buna görə də hazırda 7 min lirə kirayəpulu verə bilmərik. Yalnız büdcəmizə uyğun kirayə axtarırıq, amma yoxdur. Övladlarım balaca olduğu üçün onlara baxacaq bir kimsəm yoxdur. Mənim də, yoldaşımın da atası ölüb. Artıq 1 aydır ki, parkda yaşayırıq”.

Ailə dövlətdən büdcələrinə uyğun ev və iş istəyib.

Həmin görüntüləri təqdim edirik: 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15