Messi ardıcıl beşinci oyunda da fəqlənməyi bacardı - VİDEO
Messi ardıcıl beşinci oyunda da fəqlənməyi bacardı - VİDEO
Ötən gecə baş tutan “İnter Mayami” “Şarlott” matçında argentinalı ulduz Leonel Messi yenə fərqlənməyi bacarıb.
Xəbər verilir ki, MLS və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə ABŞ təmsilçisi 4-0 hesablı qələbə qazanıb.
Oyunun 86-cı dəqiqəsində toru silkələyən Messi çıxdığı beş matçda ardıcıl fərqlənməyi bacarıb.
Argentinalı ulduzun səkkiz qol və bir məhsuldar ötürməsi var.
Azadsoz.com