Bazar, 05 May

İran ABŞ-dan 6 milyard dollar ALACAQ

image

ABŞ və İran əsirlərin mübadiləsinə dair “beş-beş” formatında razılığa gəlib.

Xəbər verilir ki, mübadilə çərçivəsində Tehran 6 milyard dollar alacaq və bu pulu humanitar əməliyyatlara xərcləyəcək.

Eyni zamanda, ABŞ hökuməti İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etmək niyyətində deyil.

Razılaşmaya əsasən, ABŞ həbsxanasında saxlanılan 5 İran vətəndaşı da azadlığa buraxılacaq. Dörd ABŞ vətəndaşı isə artıq İran həbsxanasından azad edilib.

Məlumata görə, daha bir amerikalı ev dustaqlığına buraxılıb.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil:

“İran heç bir halda sanksiyalardan azad olmayacaq. Biz sanksiyaları gücləndirməyə, İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinə qarşı durmağa davam edəcəyik”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, İrana vəd edilən 6 milyard dollar xüsusi yaradılmış hesablardan ödəniləcək:

“Bu, əvvəlki administrasiya tərəfindən yaradılmış hesablar sisteminin bir hissəsidir ki, bəzi ölkələr sanksiyalara məruz qalmayan İran mallarını idxal edə bilsin və iranlılar humanitar məqsədlər üçün bu hesablardan vəsait çıxara bilsinlər”.

Qeyd edək ki, ABŞ və İran iyun ayından bəri məhbus mübadiləsini müzakirə edir. Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi iddia edib ki, yaxın gələcəkdə İran Vaşinqtonun sanksiyalarından sonra itirdiyi xarici hesablardakı vəsaitlərinə çıxışı bərpa edə bilər. Nazirin sözlərinə görə, bunun üçün tapşırığın icrası prosedurunu və qrafikini razılaşdırmaq lazımdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15