Cümə, 03 May

Azərbaycan istehlak etdiyi qazın həcminə görə niyə “liderdir”?.. – Deputat

image

“Bu ilin ilk yarısında Azərbaycanda 18 milyard 177 milyon kubmetr mavi qaz hasil edilib. Təbii qazın 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi saxlanılıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb”.

Xəbər verilir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın qənaətincə, qazın istifadəsində diqqətçəkən əsas məqam daxili istehlak payının müqayisəli şəkildə çox olmasıdır: “Rəsmi statistikaya əsasən, bu ilin ilk yarısında ölkə daxilində 5 milyard 434 milyon kubmetr mavi qaz istehlak olunub. Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə, Bolqarıstanın illik istehlakından 64.0 faiz, İsveçrənin illik istehlakından 62.0 faiz, Norveçin illik istehlakından 17.0 faiz çoxdur.

Göründüyü kimi, Azərbaycanda sadəcə yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur. Bu isə o deməkdir ki, daxili istehlakın bu qədər çox olması səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var. Təbii ki, burada yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmaması kimi obyektiv faktorlar olsa belə, başqa səbəblərin də təhlili çox vacibdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15