Şənbə, 04 May

Düyünün qiyməti son 15 ilin ən yüksək həddində - İxraca qadağa qoyuldu

image

Asiya üçün etalon hesab edilən “Tay” ağ düyünün qiyməti 5 faiz artaraq bir ton üçün 648 dollara çatıb. Bu, 2008-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə hesab olunur. Son bir ildə qiymət artımı demək olar ki, 50 faizə çatıb.

Xəbər verilir ki, bunu Tayland Düyü İxracatçıları Assosiasiyası açıqlayıb.

Düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün vacibdir. Qiymət artımının bu bölgələrdə inflyasiya təzyiqlərini artıracağı gözlənilir.

Taylandda səlahiyyətliləri “El Nino” isti hava dalğasının başlaması ilə quru iqlimlərə hazırlaşdıqları üçün fermerləri suya daha az ehtiyacı olan məhsul istehsal etməyə təşviq etməyə çalışırlar.

Hökumət əvvəllər bitkiçilərdən bu il yalnız bir məhsul yığmağı xahiş etmişdi, çünki sözügedən ərazidə məcmu yağıntı normadan 40 faiz az idi.

Hindistandan düyü ixracına qadağa

Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan basmati olmayan ümumi düyü ixracının təxminən 25 faizini təşkil edir. Ölkənin İstehlakçı Məsələləri və Qida Nazirliyinin verdiyi açıqlamada daxili qiymət artımının qarşısını almaq üçün basmati olmayan ağ düyünün xaricə satışının dərhal dayandırılacağı bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15