Cümə axşamı, 25 Aprel

Paşinyanın Bakı ilə bağlı planı nədir? - Tevanyan açıqladı

image

Nikol Paşinyanın apardığı təbliğatın əsas məğzi budur ki, müstəqillik illərində normal ölkə qura bilməmişik, səhvən Türkiyə və Azərbaycanla düşmən olmuşuq.

Aftafa.tv xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan deyib.

O, Paşinyanın Azərbaycanın düşmən olmadığını Ermənistan cəmiyyətinin şüuruna yeritməyə çalışdığını bildirib:

“Nikol Paşinyan artıq seçki kampaniyasına başlayıb. Çantasını çiyninə taxıb türklərin maraqlarını təbliğ edir. Paşinyanın fikrincə, yalnız türk dünyasını Sünik (Zəngəzur) dəhlizi ilə təmin edərək inkişaf edə və yaxşı yaşaya biləcəyik. Bütün təbliğatını da bu yöndə qurub”.

Onun sözlərinə görə, nə qədər qəribə də olsa, Ermənistanda Paşinyanın sözlərinə inanan kifayət qədər insan var:

Başqa sözlə, Türkiyə və Azərbaycan artıq daxili siyasi proseslərimizdə fəal iştirak edəcək, onları təbliğ edən partiyalara və alqışlayan erməni auditoriyasına sahib olacaqlar.

Yeri gəlmişkən, Nikol dünən hansı yolu seçdiyini açıqladı. Keçmiş liderini (Levon Ter-Petrosyan) dinləməyəcəyini və qaçmayacağını söylədi. Kütləyə özünü sevdirən və onu sevindirən açıqlamalar verdi, öləcəyini, amma hakimiyyətdən əl çəkməyəcəyini dedi”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33