Cümə, 03 May

Bu yeni telefonun ekranından narazı qaldılar

image

Bahalı “Xiaomi 13 Ultra” smartfonunun ekranı sınaqdan keçirilib.

Xəbər verilir ki, yeni flaqmanın ekranı bəyənilməyib və ondan narazı qalınıb.

Mütəxəssislər bildirib ki, “Xiaomi 13 Ultra” displeyi əksər hallarda yaxşı rəng reproduksiyası, günəşdə əla oxunma qabiliyyəti, parlaqlığa hamar nəzarət və zərərli titrəmə yoxdur. Bununla belə, oyun oynayarkən çərçivə uyğunsuzluğu, videolara baxarkən parlaqlıq və kontrastın aşağı səviyyəsi kimi çatışmazlıqları da var. Bundan əlavə, baxış bucağını dəyişdikdə ekrandakı mavi rəng yaşıl rəngə keçir.

Ekspertlər  “Xiaomi 13 Ultra”ya 130 bal verib. Onu ümumi reytinqdə yalnız 45-ci, premium kateqoriyasında isə 35-ci yerə qoyublar.

Ekran keyfiyyətinə görə “Google Pixel Fold” qatlanan smartfon hələ də birinci, “iPhone 14 Pro Max” isə üçüncü yerdədir.

Qeyd edək ki, “Xiaomi 13 Ultra” flaqmanı 1440x3200 piksel təsvir ölçüsünə və 120 Hz təzələnmə tezliyinə malik 6,73 düymlük OLED ekranla təchiz edilib. Smartfon 2023-cü ilin aprelində təqdim edilib

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15