Günel bu məşhurları parodiya etdi - Video
Günel bu məşhurları parodiya etdi - Video
Müğənni Günel Zeynalova maraqlı parodiyaları ilə diqqət çəkib.
Xəbər verilir ki, “Həmin Zaur” verilişinə qonaq olan sənətçi məşhur müğənnilərin ifalarını səsləndirərək həmin sənətçiləri yamsılayıb.
Onlar arasında Faiq Ağayev, İlhamə Quliyeva, Aygün Kazımova kimi tanınmış simalar olub.
Günel yerli məşhurlarla yanaşı, türkiyəli ifaçı Seda Sayanı da parodiya edib. Zeynalova parodiyaları ilə proqramı daha da rəngarəng edib.
Azadsoz.com