Çərşənbə, 15 May

Şimali Koreyadan silahlanma mesajı

image

Şimali Koreya lideri Kim Çen İn ölkənin dövlət xəbər agentliyi KCNA tərəfindən silah fabriklərinə baxış keçirərkən görüntülənib.

Xəbər verilir ki, ordunun silahlanmasının təkmilləşdirilməsinə və döyüş hazırlığının gücləndirilməsinə söz verən Çen İn bildirib ki, döyüş hazırlığının təkmilləşdirilməsində onun üzərinə mühüm vəzifələr düşür. Yeni sursat istehsalı ilə bağlı mühüm göstərişlər verdiyini bildirən Şimali Koreya lideri hərbi maşın zavodunda maşın tədarükünün artırılmasının ordu üçün prioritet olduğunu qeyd edib.

Xəbərin Qərb dünyasını və Sakit Okeandakı müttəfiqlərini qorxutmaq üçün hazırlandığı iddia edilir.

Onu da qeyd edək ki, Kim daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Pxenyana səfər etmiş, yeni pilotsuz uçuş aparatlarının da yer aldığı sursat sərgisini ziyarət etmiş, yeni nəsil silah və raketləri araşdırmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00