Cümə, 03 May

Razi Nurullayev nə edəcək? - İKİNCİ CƏHD

image

“İnşallah, Milli Cəbhə Partiyasının qeydiyyatla bağlı qərarı ikinci cəhddə uğurlu olar”.

Xəbər verilir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq, R. Nurullayevin partiyasına da rədd cavabı verib.

MCP lideri söyləyib ki, 3500-dən artıq üzv təsdiq edilib:

“Biz həm də ciddi hazırlaşırdıq, bilirdik ki, problemlər olacaq. Problemin olması da təbiidir. Partiyalar üzvlərini onilliklərlə saf-çürük etməyiblər, buna imkan da olmayıb. Heç çoxumuzun normal ofisi olmayıb ki, normal iş qura biləsən. Partiya quruculuğu ciddi olaraq son illər başlayıb. Əslində, bizim üçün də bu şəkildə araşdırma faydalıdır, zəif və güclü tərəflərimizi öyrənməyə kömək etdi. Biz Ədliyyə Nazirliyinin qeyd edilən nöqsanlarını artıq araşdırmağa başlamışıq. Sonuc gözəl və nəticəli olacaq”.

Xatırladaq ki, Ədliyyə Nazirliyi ReAl, AXCP, Müsavat, Ağ Partiya, Vəhdət Partiyası, VHP və digər partiyalar da daxil olmaqla, 19-a yaxın partiyaya sənədlərin dəqiqləşdirilməsi üçün 30 gün vaxt verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15