Cümə, 03 May

Ədliyyə Nazirliyindən Sabir Rüstəmxanlının partiyasına CAVAB

image

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

Xəbər verilir ki, bu barədə partiyanın sədr müavini Samir Əsədli məlumat verib.

O qeyd edib ki, partiya Nazirliyə 9246 üzvün məlumatlarını təqdim edib. Onlardan 2676 nəfərin məlumatları düzgün qeyd edilməyib. 

Məlumata görə, 255 nəfər VHP üzvü olduğunu təsdiq etməyib, 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi bildirilib. Rəsmi cavabda, həmçinin müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən (mobil və ev) istifadə etdikləri qeyd olunub. 

"Aydınlıq üçün bildiririk ki, bu rayonlarda, kəndlərdə ailədə və rayon təşkilatı özəklərində bir neçə şəxsin bir telefon nömrəsindən istifadəsi ilə bağlıdır. Qeyd etməliyik ki, “Siyasi Partiyalar haqqında” qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin olması tələbi qoyulmayıb. Bütün bu və digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reyestrdə təsdiqləndiyi ortaya çıxır.

Göründüyü kimi, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir. Bununla belə, göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısının daha da dəqiqləşdirib yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik", - sədr müavini qeyd edib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.   

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15