Bazar ertəsi, 13 May

İranda istiyə görə əlavə istirahət günləri elan olundu

image

İran hökuməti anomal güclü istilərə görə Çərşənbə və Cümə axşamı günlərini istirahət günü elan edib.

Xəbər verilir ki, bunu Rəisi administrasiyasının sözçüsü Əli Bahadori Cəhromi deyib.

Onun sözlərinə görə, avqustun 2-si və 3-ü dövlət idarələrinin, bankların və məktəblərin müvəqqəti bağlanması qərarı Səhiyyə Nazirliyinin tövsiyəsi ilə qəbul olunub.

Nazirlik yüksək temperatura görə günvurma hallarının mümkün artımı ilə bağlı xəbərdarlıq edib.

Son günlər İranda havanın temperaturu Selsi üzrə 40 dərəcəyə çatır. Tehranda bu gün termometr 38 dərəcəyə, İranın cənub-qərbindəki Əhvaz şəhərində isə 50 dərəcəyə yüksəlib.

Meteoroloqlar yaxın üç gün ərzində Tehranda temperaturun daha da yüksələ biləcəyini proqnozlaşdırırlar - 39 dərəcəyə qədər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00