Cümə, 03 May

Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə başlanılıb

image

Avqustun 1-i saat 11:00-dan etibarən regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə başlanılıb.

Xəbərə görə, proses www.bq.edu.az üzərindən sentyabrın 1-dək həyata keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür.

Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15