Cümə axşamı, 02 May

BMT nümayəndəsi Odessaya səfər edib

image

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun Odessaya səfər edib, burada şəhərin tarixi mərkəzinə və Spaso-Preobrajenski kafedralına baxış keçirib.

Xəbər verilir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.

“BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bu gün Odessaya səfər edib. İndi o, şəhərin meri və vilayətin qubernatoru ilə birlikdə şəhərin tarixi mərkəzindəki dünya mədəni irsi obyektlərinə və Spaso-Preobrajenski kafedralına keçirilən baxışı başa çatdırır”, - o deyib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iyulun 23-nə keçən gecə Rusiya ordusunun Odessada UNESCO himayəsində olan ibadət yerlərinə və tikililərə hücum etdiyi barədə açıqlama vermişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15