Cümə, 03 May

ABŞ-ın Çindəki səfirinə şok zərbə - Məlumatlar ələ keçirildi

image

Hakerlər ABŞ-ın Çindəki səfiri Nikolas Bernsin elektron poçtunu sındırıblar.

Xəbər verilir ki, bu barədə “The Wall Street Journal” yazır.

Hakerlərin Çin rəsmiləri ilə əlaqəli olduğu bildirilir. Nəşr qeyd edir ki, Çinlə əlaqəli hakerlər ABŞ hökumətinin yüz minlərlə mesajına giriş əldə ediblər. Bu vasitə ilə hakerlər Vaşinqtonun ABŞ administrasiyasının yüksək rütbəli rəsmilərinin Çinə planlaşdırdığı silsilə səfərləri və ABŞ-ın Çinə qarşı siyasəti ilə bağlı departamentdaxili müzakirələr barədə məlumat əldə edə bilər.

Kiberhücumlar may ayında başladı, lakin ilk dəfə iyunun ortalarında ABŞ Dövlət Katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində aşkar edildi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15