Bazar, 05 May

İlon Mask bir gündə 20,3 milyard dollar itirdi

image

İlon Mask sahibi olduğu Tesla avtomobil kompaniyasının səhmlərinin ucuzlaşması səbəbindən iyulun 20-də 20,3 milyard dollar itirib.

Xəbər verilir ki, Bloomberg indeksinə görə, bu, tarixdə yeddinci ən böyük azalma olub. Nəticədə İlon Maskın sərvəti 234,4 milyard dollara qədər azalıb.

Tesla səhmlərinin 9,7 faiz ucuzlaşmasına səbəb sahibkarın açıqlaması olub. O deyib ki, kompaniya öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala bilər.

İtkilərə baxmayaraq, amerikalı iş adamı dünyanın ən zəngin insanı olaraq qalır. Hazırda onun sərvəti reytinqin ikinci pilləsində qərarlaşan fransız milyarder, LVMH şirkətlər qrupunun sahibi Bernard Arnonun varidatından 33 milyard dollar çoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15