Cümə axşamı, 02 May

İran polisi küçələrə “hicab patrulları” tökdü – “Qadınların geyiminə nəzarət ediləcək”

image

İran polisi qadınların hicab geyinmə qaydalarına əməl edib-etməməsinə nəzarət etmək üçün avtomobil və piyada patrulları təşkil etməyə başlayıb.

Xəbər verilir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin fikrincə, bu cür tədbirlər “cəmiyyətin sosial birliyinə və təhlükəsizliyinə” töhfə verməlidir.

Vurğulanır ki, indi polis ilk növbədə hicab taxmaq normalarına əməl etməkdən boyun qaçıran qadınlara irad tutmağa, onlara hicab taxmağı tövsiyə etməyə borcludur. Gələcəkdə hüquq-mühafizə orqanlarının əməkdaşları qanuni tədbirlər görərək, qanunu pozanları məsuliyyətə cəlb edə bilərlər.

İranın cinayət məcəlləsinə əsasən, hicab taxmaq normalarına əməl etməyən qadınlara cərimə ilə yanaşı, 10 gündən 2 aya qədər həbs cəzası da verilir. Həmçinin, qanunu pozanlar inzibati tədbirlərə məruz qala bilərlər.

Bundan əvvəl İranda tələbələrin hicabdan imtina etdikləri üçün universitetlərə buraxılmadığı iddia edilirdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15