Bazar, 05 May

10 ildir tikilən metro stansiyası nə vaxt təhvil veriləcək?

image

Təxminən 10 il öncə Bakı Metropoliteni QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” stansiyasında işlər hələ də tamamlanmayıb.

Xəbər verilir ki, məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən Trend-ə açıqlama verilib.

Bildirilib ki, Bakı Metropoliteninin II mövcud (Yaşıl) xəttinin davamı olaraq artıq tikintisinə başlanılmış “Həzi Aslanov-2” stansiyasında inşaat işlərinin başa çatdırılması Bakı şəhərinin Baş Planına uyğun olaraq 2030-31-ci illərdə nəzərdə tutulub.

Qeyd edək ki, "Həzi Aslanov-2" stansiyası, Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyasıdır. Bu stansiyanın "Həzi Aslanov" stansiyasına (qırmızı xətt) birbaşa keçidi nəzərdə tutulur. Bu stansiyadan tunelin "Şah İsmayıl Xətai" stansiyasına qədər uzadılması planlaşdırılır.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin 26 stansiyası var. Hazırda tikintisi gedən və şərti adı "B-4" olan stansiyanın isə 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15