Bazar, 05 May

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

image

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.

Xəbər verilir ki, Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

xxx

20:24

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15