Cümə axşamı, 02 May

Hacınskinin tikdirdiyi tarixi bina sökülür - FOTO

image

Bakıda tarixi bina sökülür.

Xəbər verilir ki, bu barədə memar Əbdül Hüseynov bildirib.

Onun sözlərinə görə, Salatın Əsgərova və Bülbül prospektilərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib.

“Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq”, - o qeyd edib.

Ə.Hüseynov deyib ki, son vaxtlar memarlıq abidələrinin dağıdılması üçün bir sıra gedişlərdən istifadə edilir:

"Bura mülkiyyətçilərdən mənzillərin alınması, binanın qəsdən qəzalı vəziyyətə gətirilməsi daxildir. Bundan sonra yeni mülkiyyətçi dövlət strukturlarından binanın qəzalı vəziyyətdə olmasına dair rəy alır. Bu zaman ictimai dinləmələr keçirlimir və peşəkar ictimaiyyətin rəyi nəzərə alınmır. Mənfi rəy verilən bina bundan sonra dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısından çıxarılır. Bina sökülür, torpaq sahəsi tam mülkiyyətçinin ixtiyarında qalır.

Ümid edirik, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı araşdıracaq və memarlıq abidəsinin sökülməsinin qarşısını alacaq”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15