Cümə axşamı, 02 May

Rusiya nümayəndə heyəti danışıqlar masasını tərk etdi

image

Rusiya və Gürcüstan arasında Cenevrədə keçirilən beynəlxalq danışıqların 58-ci raundu nəticəsiz başa çatıb.

Xəbər verilir ki, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə destruktiv mövqe nümayiş etdirən Rusiya nümayəndə heyəti danışıqlar masasını vaxtından əvvəl tərk edib: "Qaçqınların qaytarılması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Təəssüf ki, Rusiya nümayəndə heyəti gündəmdə məhz bu məsələ ilə danışıqlar masasını tərk etməkdə davam edir. Mövzunun aktuallığına baxmayaraq, Rusiyadan müsbət siqnallar yoxdur. Bu məsələ ilə bağlı müzakirələrin başlanğıcında Rusiya nümayəndələri təəssüf ki, bu mərhələdə yenə destruktiv mövqe nümayiş etdirdilər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15