Cümə axşamı, 02 May

“Gilan Holdinq” Kəmaləddin Heydərovun nəzarətindən çıxdı?

image

Azərbaycanın ən iri şirkətlərindən biri olan "Gilan Holdinq” MMC adının dəyişməsi ilə yenidən gündəmə gəlib. 

Xarıladaq ki, "Gilan Holdinq" MMC bundan sonra "Xəzri Solytions” MMC adlanacaq. Şirkətin qanuni təmsilçisi isə Hüseynov Mübariz Əhmədağa oğludur. 

O, ötən ildən etibarən "Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

Mübariz Hüseynovdan əvvəl isə bu vəzifədə Cəmil Muradov idi. Cəmil Muradov həm də holdinqə daxil olan bir çox şirkətin qanuni təmsilçisidir.

"Gilan Holdinq”in rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət 1987-ci ildən fəaliyyət göstərir. Holdinq fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınır. Bir neçə il əvvəl məlumat yayılmışdı ki, şirkət artıq onun nəzarətindən çıxarılır. 

İddialara görə, "Gilan Holdinq”in adının dəyişməsi, bundan əvvəl isə Kəmaləddin Heydərovla qohumluq əlaqələri olduğu bildirilən Cəmil Muradovun Mübariz Hüseynovla əvəzlənməsi bu prosesin tərkib hissəsidir. 

"Gilan Holdinq” MMC-də onlarla şirkət birləşib. Həmin şirkətləri təqdim edirik: 

INSPECTİON DEVELOPMENT MONİTORİNG

QƏBƏLƏ ASFALT ZAVODU

QƏBƏLƏ TİKİNTİ MƏHSULLARI MÜƏSSİSƏS

GİLAN SERAMİK ZAVODU

GİLAN & KNAUF

GİLAN PACİFİC İNŞAAT

LOTOS

QƏBƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI

GİLAN TURİZM

QƏBƏLƏ OTELİ

GİLAN OTELİ

YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ

HEYDƏR ƏLİYEV ADINA KONQRES MƏRKƏZİ

PULLMAN BAKU

QAFQAZ BAKU CİTY HOTEL & RESİDENCES

QAFQAZ PARK HOTEL

QAFQAZ RESORT HOTEL

QAFQAZ POİNT HOTEL

QAFQAZ RİVERSİDE

RESORT HOTEL

QAFQAZ SPORT HOTEL

QAFQAZ SAHİL HOTEL

CRESСENT HOTEL

AGRO-AZƏRİNVEST

BAKI CD EMALI ZAVODU

QƏBƏLƏ FINDIQ EMALI ZAVODU

GİLAN AGROTECH

BELTMANN PİANO ZAVODU

QƏBƏLƏ KONSERV ZAVODU

LƏNKƏRAN KONSERV ZAVODU

GİLAN LİFT ZAVODU

GİLAN DƏYİRMANLARI

GİLAN ZEYTUN

GİLAN PLASTİK

GİLAN SERVİS

GİLAN DƏRİ EMALI ZAVODU

GİLAN ÇAY İSTEHSALI

GİLAN TEKSTİL PARKI

Siyahı "Gilan Holdinq”in saytından götürülüb. Mediada gedən məlumatlarda isə bildirilir ki, holdinqə daxil olan şirkətlərin sayı 300-dən çoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15