Cümə axşamı, 02 May

Bakıda 1 yaşlı uşağını öldürən anaya hökm oxundu

image

Bakıda 1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Nərgiz Bağıyeva 14 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü oğlu Yusifin ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də, ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.

İstintaq dövründə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15