Şənbə, 04 May

İlan sancmaları niyə artıb? - VİDEO

image

Son vaxtlar ölkə ərazisində ilan sancmalarının sayı artıb.

Təkcə iyun ayı ərzində Kliniki Tibbi Mərkəzə 17 nəfər ilan sancması ilə bağlı müraciət edib.

Onların arasında jurnalist İntiqam Valehoğlunun övladı da var.

Bu barədə jurnalist öz sosial şəbəkə hesabında yazıb:

“Uşaq həyətdə oynayanda ilan sancıb. Təcili tibb müəssisəsinə çatdırdıq. Orada tibbi yardım göstərildi. İndi vəziyyəti yaxşıdır”.
Zoologiya institutunun əməkdaşı Təvəkkül İsgəndərov son vaxtlar ilan sancmalarının sayının artmasını havaların isinməsi ilə əlaqələndirir.

Havalar isindikcə ilanların da aktivləşməyə başladığını deyən mütəxəssis zəhərli ilanları digərlərindən görünüşünə görə fərqləndirməyin mümkün olduğunu qeyd edib.

Təvəkkül İsgəndərov ilanların yalnız özlərinə qarşı təhlükə hiss etdikdə müdafiə olunmaq üçün aqressivləşdiklərini söyləyib.

Daha ətraflı APA TV-nin süjetində:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15