Şənbə, 04 May

Bu gecə nadir hadisə baş verəcək

image

iyul 2023-cü il tarixində saat 00:07-də Yer öz orbitinin afelisindən keçəcək. Nəticədə Yer kürəsi Günəşdən maksimum uzaqlaşacaqdır. Bu məsafənin qiyməti 152 098 232 km-ə bərabərdir. Bu zaman Günəş diskinin də görünən  ölçüsü ~3% kiçilərək minimal (31′31″) qiymət alacaq. 

Xəbər verilir ki, planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə planetin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir.

Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.

Qeyd edək ki, Yer bu il perihelidən 4 yanvar saat 20:17-də keçib. Perihelidən keçərkən Yerlə Günəş arasındakı məsafə 147 098 290 km olub. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15